Modern.az

Amerikanın ən hündür zirvəsinə yeni ad veriləcək

Amerikanın ən hündür zirvəsinə yeni ad veriləcək

Dünya

31 Avqust 2015, 14:23


ABŞ-ın ən yüksək zirvəsi sayılan Mak-Kinli zirvəsi adını dəyişəcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 31-də prezident Barak Obama Alyaska ştatında yerləşən dağa yerli sakinlərin vaxtı ilə qoyduğu Delani adını qaytaracaq.

Zirvə 1896-cı ildə prezident seçkilərində qalib gəlmiş Uilyam Mak-Kinlinin şərəfinə adlandırılmışdı.  

Lakin yerli sakinlər zirvəyə “ən böyük” mənasını verən Denali adını qoymuşdu.  

1975-ci ildən Alyaska ştatının rəhbərliyi də Mak-Kinli zirvəsinə tarixi adını qaytarmışdı. 40 illik danışıqlardan sonra rəsmi Vaşinqton da bu addımı atacaq.  

Vüqar İsmayılov      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü