Modern.az

Deputatlar xəstələri öldürməkdən vaz keçdilər

Deputatlar xəstələri öldürməkdən vaz keçdilər

Dünya

11 Sentyabr 2015, 22:35

Dünyanın ən qədim parlamenti çarəsiz xəstələri öldürməyə icazə verən qanunun qəbulundan növbəti dəfə imtina edib.

Modern. az xəbər verir ki, Böyük Britaniya parlamenti evtanaziyanın leqallaşdırılmasına dair qanun layihəsini qəbul etməyib. Bu sənədi 118 deputat dəstəklədiyi halda, 330 parlamentari ona qarşı çıxıb.

Bu, Birləşmiş Krallıq tarixində üçüncü belə səsvermədir. Sonuncu dəfə deputatlar 1997-ci ildə evtanaziya haqqında qanunu səsverməyə çıxarıblar.

Evtanaziya – rahat və sakit ölümdür. Bu, ölümcül xəstə olan, çarəsiz bəlaya düçar olan, dəhşətli ağrı və əziyyət çəkən insanların öz istəyi ilə həyatına son verilməsi praktikasıdır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır