Modern.az

Ara qarışdırma keçməz!!!

Ara qarışdırma keçməz!!!

Aktual

15 Sentyabr 2015, 12:25

Hadi Rəcəbli,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, prof.

Son günlər Azərbaycanın ictimai-siyasi məkanında Avropa Parlamentinin qəbul etdiyi qərəzli, quraşdırma, heç bir siyasi-etik normalara sığmayan, ayrı-ayrı hallarda özü-özünu təkzib edən qətnamə müzakirə mövzusuna çevrilmişdir.

Yada salmaq yerinə düşərdi ki, uzaqgörən, möhtərəm prezidentimiz İlham Əliyev cənabları hələ bu ayın 8-də ölkənin iqtisadi qurumlarının başçıları ilə keçirdiyi müşavirədə bizim üçün hazırlanmış bu siyasi oyunları qabaqcadan görmüş və özünün dünyəvi, etalon lider kimi qiymətini vermişdir

16 göz önünə, 13 nəzərə alaraq süni qurama tezisləri ilə bəzənən preambulanın 24 bayağı, gülünc maddədən ibarət qətnaməni ermənipərəst, islamofobiya xəstələri olan, anti-azərbaycan, korrupsiyaya qurşanmış partiya qrupları təqdim və cəmi 20 dəqiqə formal müzakirədən sonra təsdiq etmişdir.

Yığılan materialların həcmindən və sofistik təqdim etmə texnologiyalarından bir daha aydın olur ki, sənədi peşəkar konfliktoloqlar, Amerikanın rüşvətxor konqresmenləri, Azərbaycanda ara qarışdırma, qarşıdurma, sabitliyi pozmaq  məqsədlərinə xidmət edən çirkaba bulaşmış ermənipərəst parlamentarilər hazırlamışlar.

Bu əlbəttə hamıya aydındır ki, Azərbaycanda 1 noyabrda keçiriləcək seçki ərəfəsində hazırlanmış növbəti şoudur.

Qondarma sənəddə səslənən bəzi fikirlərə oxucularımın diqqətini bir daha cəlb etmək istəyirəm:

- onların dediyinə görə mütləq şəhərin mərkəzində icazəsiz mitinqlər keçirilməlidir, ara qarışmalıdır, xaos yaranmalıdır, hakimiyyət isə qanun-qayda pozanlara toxunmamalıdır. Bəs özünüz nə üçün mitinqləri dağıdırsiniz? Hətta iştirakçıları öldürürsüz.

-  deyirlər ki, dövlət əleyhinə fəaliyyət göstərən milyonlara pul olan, korrupsiyaya qoşulan, xəyanətkar QHT-lərə, V-ci kalonun nümayəndələrinə  Qrant verilsin, onlar öz bildiklərini etsinlər,biz göz yumaq. Avropa Parlamenti narahat olur ki, 2014-cü ildə bu məqsədlərə ayrılmış 13 belə layihədən ancaq 2-si işıq üzü görüb.

-  onlar deyir ki ,cinayət törətmiş Yunuslar, Xədicələr və digərləri qeyd şərhsiz bütün hüquqi normalar, qanunlar pozularaq azadlığa buraxılsın

Bəs onların bar-bar bağırdığı Qanunun aliliyi prinsipi harada qaldı?!

Sayələrə əsaslanan müddəalar daha gülünc görünür. Guya əslində şəxsi məişət zəminində dalaşmış jurnalist Rasim Əliyevə bilərəkdən həkim yardımı göstərilməyib və o dünyasını dəyişib.

Məzhəkə demişkən avropalı ağaların homoseksual, biseksual qrupları müdafiəsinə yönələn müddəaları lap adamı gülməkdən də ağlamaqdan da eliyir.

Materiallarda özü özünü təkzib edən fikirlər də çoxluq təşkil edir. Guya onlar iki qonşu arasında düşmənçiliyi aradan qaldırmaq istəyir. Bu baxımdan görüşləri, əməkdaşlığı maliyyələşdirmək haqda düşünürlər. Amma özlərinin və BMT-nin qətnamələrini heç yada belə salmırlar.

Bir neçə gün öncə dini tolerantlıq mövzusunda Parisdə keçirilən görüşlər qətnamə hazırlayanların gözünə görükmür və ya görmək istəmirlər.

Bir tərəfdən deyirlər ki, Azərbaycan Avropa Birliyinin başlıca ticarət tərəfdaşlarından birinə çevrilmək potensialına malikdir digər tərəfdə belə məzhəkə qururlar.

Sevindirici haldır ki, parlamentarilərin heç də hamısı ədalət, obyektivlik hissini sən demə hələ itirməyib. Bu sənədin əleyhinə 751 deputatdan 202-si, bitərəf isə 72-si olub.

Bu məqamda mənim uzun illər parlamentlərarası dostluq qrupuna rəhbərlik etdiyim Yunanıstan nümayəndəsi, Avropa İttifaqının miqrasiya üzrə komissarı, dostumuz Dimitris Avramopulosun, bu yığıncaqda həmkarlarının aqressiv mövqeyini pisləməyini, Azərbaycanla dialoqun vacibliyini vurğuladığını xüsusilə qeyd etmək istəyirəm.

Humanitar krizis yaşayan Avropada Miqrasiya probleminə toxunarkən, bildirirəm ki,  uzun illər qaçqın, köçkün problemindən əziyyət çəkən ölkəmizin bu qayğıları heç vaxt onları narahat etməmiş, heç vaxt bu problemi dilə belə gətirməmişlər.

Nə edəsən ki, indi bu problemin girdabında onlar özlərinin anti-humanist simalarını bir daha göstərdilər.

Qucağında körpə uşaq olan miqranta badalaq atan avropalı jurnalisti müzakirə etmək əvəzinə Avropa İttifaqı bizə badalaq atmaq haqda düşünür, ölkəmizi qarışdırmaq istəyir.

Belə məqsədli oyunları Avropa təşkilatları, onların diktəsi ilə oturub durmayan, Belorusiyanın, Rusiyanın və buna oxşar başqa dövlətlərin də başına gətirmək istəyirlər.

Keçməz!

Harada onların bu oyunları, ssenarilərı baş tutmuşsa, bu ölkələrin aqibəti, göz önündədir, Misir, İraq, Liviya, Suriya, Ukrayna, Əfqanıstan və başqaları. Artıq Moldova Respublikası bu ssenari ilə yavaş-yavaş xaosa yuvarlanır.

Azərbaycan, onun uzaqgörən, xalqın dəstək və etimadını qazanan prezidenti İlham Əliyev cənabları bundan sonra da müstəqil, suveren siyasət aparacaq, heç kimin kiçik qardaşı olmayacaq, imperiya münasibətlərini qəbul etməyəcək və vətəndaşlarını bu kataklizmlərdən, terror və özbaşınalıqlardan qoruyacaqdır.

Mən Avropa İttifaqının ikiüzlü, cəfəng, şayələrə, qeyri-hüquqi normalara əsaslanan sənədini kəskin surətdə pisləyirəm.

Parlamentin Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığı davam etdirməyini vacib sayıram, Avropa Parlamenti, ona oxşar belə qurumlarla münasibətlərdə ehtiyatlı və qarşılıqlı hörmət çərçivəsində davranmağa çağırıram.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir