Modern.az

Neftçilər xəstəxanasında yanğın olub

Neftçilər xəstəxanasında yanğın olub

Dünya

7 Oktyabr 2015, 22:32

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin  FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda beşmərtəbəli “Neftçilər” xəstəxanasının zirzəmisində yerləşən, sahəsi 20 kv.m olan 1 otağında yığılmış 5 ədəd “Fujitsu” markalı və 4 ədəd “BEKO” markalı kondisionerlər yanıb.

Otaqda yerləşən 6 ədəd elektrik lövhəsi, 1 ədəd 20 litr olan oksigen balonu və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır