Modern.az

Benzema Fransa millisindən qovuldu

 Benzema Fransa millisindən qovuldu

Dünya

10 Dekabr 2015, 21:26


“Real”ın tanınmış futbolçusu Kərim Benzemanı Fransa milli komandasının heyətindən uzaqlaşdırıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Fransa Futbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Madridin “Real” klubunun hücumçusu Fransa millisindəki yarımmüdafiəçi tərəfdaşı Matye Valbueni şantajda iştirakını etiraf edib. Hazırda bu işlə bağlı istintaq gedir.

İş materialına görə, təqsirkarlar “Lion”un yarımmüdafiəçisini İnternetdə intim xarakterli videosunu yerləşdirməklə hədələyərək pul tələb ediblər.

Kərim Benzema da planlaşdırılan cinayətin iştirakçısı hesab edilir. Şantajın təşkilatçısı isə Gransa milli komandasının keçmiş üzvü Cibril Sissedir. Onun barəsində artıq həbs qətimkan tədbiri seçilib.  

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı