Modern.az

Gənclər qadınlara qarşı zorakılığa 16 gün "yox!" deyəcək

Gənclər qadınlara qarşı zorakılığa 16 gün "yox!" deyəcək

Qarabağ

25 Noyabr 2010, 15:42

Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzi “Qadınlara qarşı zorakılığa yox deyək!” aksiyasına başlayıb.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, aksiyanın əsas məqsədi ölkəmizin rayon və kəndlərində, eləcə də şəhərlərndə gender əsaslı zorakılığın azalmasını, qadın hüquqlarının pozulmasının qarşısının alınmasını və qadınların qərar qəbuletmə prosesində fəal iştirak etməsini təşviq etməkdir.

16 gün davam edəcək aksiya çərçivəsində mərkəz ölkənin 12 rayonunda müxtəlif maarifləndirici görüşlər və seminar təşkil edəcək, maarifləndirici səhnələr nümayiş etdirəcək və zəruri materiallar hazırlayıb əhali arasında paylayacaq.

Aksiya çərçivəsində həmçinin BMT Əhali Fondu tərəfindən hazırlanmış filmlər də nümayiş etdiriləcək.

Aksiyanın yekunu olaraq 10 dekabr 2010-cu il tarixdə həvəskar gənclərin hazırlayacağı video-roliklərin təqdimatı və mükafatlandırılması mərasimi də keçiriləcək.

Qeyd edək ki, aksiyanın keçirilməsində mərkəzin Gəncə, Sumqayıt, Mingəçevir və Füzulidə fəaliyyət göstərən ofisləri yaxından iştirak edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir