Modern.az

İŞİD-in raket istehsal edən mərkəzi dağıdılıb

 İŞİD-in raket istehsal edən mərkəzi dağıdılıb

Dünya

4 Yanvar 2016, 01:01


Fransa hərbi təyyarələri Suriyada İŞİD terror qruplaşmasına məxsus və idarəolunmayan raket istehsalı ilə məşğul olan mərkəzini bombardman edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, aviareydi raketlərlə təchiz ölünmüş dörd “Rafale” təyyarəsi həyata keçirib. Onlar koalisiya qüvvələri ilə birgə hərəkət edib. Raket istehsal edən mərkəz Hələb şəhərinin şərqindən bir neçə kilometrlik məsafədə yerləşir.  

Bundan az öncə ABŞ xüsusi təyitanlılarının İraqda 15 İŞİD-çini məhv elədiyi haqda xəbər yayılmışdı.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı