Modern.az

Pentaqonun keçmiş əməkdaşından Gülənə ZƏRBƏ

Pentaqonun keçmiş əməkdaşından Gülənə ZƏRBƏ

5 Yanvar 2016, 09:41

ABŞ Müdafiə Nazirliyinin keçmiş sözçüsü Jeffrey Gordon nurçu camaatının lideri Fətullah Gülənin Türkiyə verilməsini təklif edib. Modern.az xəbər verir ki, Pentaqonun sabiq əməkdaşı “The Hill” qəzetində yazdığı məqalədə bu mövzuya toxunub.

O bildirib ki, şəxsi maraqlara söykənən bir təriqət yaratmaq üçün dindən istifadə edən adamlar ya da quruluşların köməyinə ehtiyac  yoxdur.

Gordonun yazdığına görə Türkiyədəki Fətullah Gülən şəbəkəsinə məxsus “paralel yapılanma” təqsirkar olduqlarını dini motiv altında pərdələməyə çalışırlar.

“Ağ Ev, Konqres bunu dərhal sezməlidir. Biz Gülən və onları (Gülən və onun çevrəsini nəzərdə tutur) dərhal ölkədən çıxarmalıyıq. Türkiyədə Gülən haqqında bir çox fərqli maddələrlə cinayət işi açılıb. NATO-nun müttəfiqi Türkiyəni təhdid edən bir şəbəkəyə sahib çıxmaq lazım deyil”,-deyə o qeyd edib.

Pentaqonun keçmiş rəsmisi bildirib ki, Fətullah Gülənə aid olan təhsil ocaqları amerikalıların vergiləri ilə maliyyələşdirilir. “Federal Təhqiqatlar Bürosu (FBİ) ABŞ-da Gülənə məxsus çoxlu sayda məktəblərin olduğunu sübut edib. FBİ hazırda bütün məsələləri araşdırır”.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir