Modern.az

“Yeni Müsavat”ın nazir oğlu ilə məhkəməsi təxirə salındı

“Yeni Müsavat”ın nazir oğlu ilə məhkəməsi təxirə salındı

Təhsil

1 Dekabr 2010, 16:13

“Yeni Müsavat” qəzetinə qarşı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun qaldırdığı iddia ilə bağlı Yasamal rayon Məhkəməsində bu gün keçirilən hazırılıq iclası təxirə salınıb.
Modern.az bildirir ki, hakim iclasın keçirildiyi zalın darısqal olduğunu səbəb gətirərək prosesi təxirə salıb. Bu günkü hazırlıq iclasında xeyli sayda jurnalist iştirak edib. Məhkəmə iclasında kiçik bir insident də yaşanıb. Jurnalistləri zaldan çıxarmaq istəyəriblər, onlar isə döşmədə oturaraq zalı tərk etmək istəmədiklərini bildiriblər. Bundan sonra hakim prosesi təxirə salmaq barədə qərarı elan edib.
Qarşı tərəfi isə Anar Məmmədovun vəkiləri təmsil edib. Hazırlıq iclası dekabrın 10-da keçiriləcək.

N
əqliyyat naziri Ziya Məmmədovun oğlu, "ZQAN Holdinq"in sahibi Anar Məmmədov "Yeni Müsavat" və "Azadlıq" qəzetlərini məhkəməyə verib. A.Məmmədov "Yeni Müsavat" və "Azadlıq" qəzetinin hər birindən 250 min manat olmaqla maddi təzminat tələb edir.
Qeyd edək ki, bu ilin yayında adı çəkilən qəzetlər Anar Məmmədovun öz dostları ilə birlikdə Qəbələ rayonundakı restoranda saxlanılan ayını böyük pul qarşılığında kəsdirib yeməsi ilə bağlı material dərc edib. Qəzetlər yazmışdı ki, nazirin oğlu həmin ayıya düz 1 milyon manat xərcləyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı