Modern.az

23 dekbarın məşhurları

23 dekbarın məşhurları

23 Dekabr 2010, 11:18

23 dekbar tarixi bir sıra hadisələri tarixin yaddaşına hopdurub.

1933-cü ildə Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub. Faşistlər Almaniya kommunistlərini Reyxstaqı yandırmada ittiham edərək onların bir qrupu üzərində məhkəmə qurublar. Lakin məhkəmə onların günahını sübut edə bilməyib. Bolqar mənşəli komunist Georgi Dimitrovun məhkəmə zalında çıxışı dünyada rezonans yaradıb. SSRİ və Sosialist İnternasionalına daxil olan ölkələrin güclü təzyiqindən sonra hitlerçilər kommunistləri buraxmağa məcbur olublar. Dimitrov Stalinin göndərdiyi xüsusi təyyarə ilə SSRİ-yə gətirilib.
Azərbaycan şairi Səməd Vurğunun Reyxstaq məhkəməsinə həsr etdiyi “Ölüm kürsüsü” poeması da bu hadisəyə həsr olunub.

1953-cü ilin bu günü Stalin dönməinin ən qəddar adamı kimi yadda qalan Lavrenti Beriya güllələnib. Beriya bütün 30-cu və 40–cı illərdə “ölüm kabusu” kimi tanınıb. İstər NKVD-yə rəhbəri kimi, istərsə digər postlarda olarkən SSRİ-də aparılan repressiyaların ilhamvericisi kimi çıxış edib.

1947-ci ilin 23 dekabr Ermənistanda yaşayan azərbaycanlılar üçün ağır günlərdən biridir. SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərar qəbul edib. Bu erməni fitnəsi ilə hazırlanmış qərar minlərlə soydaşımızın ata-baba yurdlarından deportasiyası kimi tarixə düşüb. Zorla evlərindən çıxarılaraq aran rayonlarında yerləşdirilən soydaşlarımızın böyük hissəsi onlar üçün dözülməz olan isti iqlimə dözməyib dünyalarını dəyişdilər.
Ermənilər çoxdan arzuladıqları xain məqsədlərinin bir addımlığına çatdılar. Ermənistan adlanan Qərbi Azərbaycanın türk elləri - Ağbaba, Cəlaloğlu, Basarkeçər və digər yaşayış yerləri boşaldıldı.

1834 –cü ilin bu günü ingilis iqtisadiyyatçısı Tomas Maltus dünyasını dəyişib. Dünyada “Maltus nəzəriyyədi” kimi tanınan mürtəce iqtisadi tezislərin müəllifi olan Maltus hesab edirdi ki, böyük müharibələr cəmiyyət üçün faydalıdır. O deyirdi ki, insanlar artıqca, ana təbiət onların ehtiyaclarını ödəmək qabiliyyətini itirəcək. Odur ki, müharibələr insanların bu təbii artımını kütləvi ölümlərlə tənzimləyir.

Bu gün tanınmış politoloq Eldar Namazovun da ad günüdür. İctimai və siyasi fəaliyyəti ilə tanıan E.Namazov 23 dekabr 1956-cı ildə Ağstafa rayonunda anadan olub. 1974 -1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib.
1981-1985-ci illərdə Moskva Etnoqrafiya Akademiyasını bitirib. SSRİ Fəlsəfə Elmləri doktorudur (tarix bölümü). Ötən əsrin 80-ci illərinin sonunda siyasətə qoşulub. 1993-cü ildən 1999-cu ilə qədər prezident Heydər Əliyevin köməkçisi, prezident katibliyinin rəhbəri olub. 1999-cu ildə vəzifəsindən istefa verib.
2001-ci ildən “Azərbaycan Naminə” İctimai Forum prezidentidir. Mərkəz tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır