Modern.az

Uşaqların I Forumu başa çatdı

Uşaqların I Forumu başa çatdı

18 Dekabr 2009, 17:06

Dekabrın 18-də Azərbaycanın 56 rayonundan 250 uşağın iştirak etdiyi Uşaqlarının I Forumu başa çatıb. Tədbir Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Nur” Uşaq və Gənclər Ictimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Modern.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrında keçirilən

bağlanış mərasimində uşaqlar musiqili-bədii kompozisiya ilə çıxış ediblər.

“Nur” Uşaq və Gənclər Ictimai Birliyinin sədri Sevinc Muradova Azərbaycan Uşaqlarının I Forumunun “Uşaq ili”nin yekunlarına həsr olunduğunu bildirib. O, bu hadisənin gerçəkləşməsindəki dəstəyinə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya və KİV nümayəndələrinə minnətdarlıq edib.  

Sonra 5-ci sinif şagirdi Ənvər Paşa Nəbiyev forumun Bəyənnaməsini səsləndirib, Prezident İlham Əliyevə müraciəti oxuyub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova uşaq problemləri ilə məşğul olduğuna görə, “Nur” Uşaq və Gənclər Ictimai Birliyinin sədri Sevinc Muradovaya fəxri diplom verib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Forumu çox böyük tarixi hadisə kimi qiymətləndirib. “Çox sevindirici haldır ki, Uşaqların I Forumu kimi ictimai hadisə hazırki Prezidentimiz İlham Əliyev cənablarının verdiyi siyasi və mənəvi dəstək sayəsində baş tutub”.

Təhsil nazirinin müavini Elmar Qasımov forumun yekun Bəyənnaməsində yer alan bir sıra maraqlı məqamlarla bağlı gələcəkdə birgə müzakirələrin aparıla biləcəyini deyib.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. 

Əlvan Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir