Modern.az

Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - Lavrov

Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - Lavrov

Aktual

1 Dekabr 2022, 13:32

Moskva Ukrayna ilə danışıqlar xahiş etməyib, lakin qarşı tərəfi dinləməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında bildirib.

“Və bizi daim vaxt qazanmaq, belə deyək, xüsusi hərbi əməliyyat üçün əlavə qüvvələr toplamaq üçün hansısa danışıqlara müraciətlə bağlı ittiham edəndə, bu həm gülməli, həm də xoşagəlməz haldır. Çünki insanlar yalan danışır, biz heç vaxt hər hansı danışıqlar üçün xahiş etməmişik, lakin biz həmişə demişik ki, kiminsə danışıqlar yolu ilə həllində marağı varsa, onu dinləməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi