Modern.az

9-cuların sınaq imtahanlarının nəticəsi açıqlandı

9-cuların sınaq imtahanlarının nəticəsi açıqlandı

28 Mart 2011, 13:44

Martın 13-də 7 rayonun ümumtəhsil məktəblərində orta (9-cu sinif) təhsil səviyyəsi üzrə sınaq (yoxlama) imtahanlarının nəticələri açıqlanıb.  Modern.az-ın məlumatına görə, mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən sınaq imtahanları aşağıdakı rayonlarda təşkil olunub:

Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala.

(imtahanın nəticələri //exam.edu.gov.az/

Qeyd edək ki, 9-cu siniflərdə imtahanlar ana dili və riyaziyyat fənlərindən keçirilib.  Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri sınaq imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.  
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır