Modern.az

Türkiyədə həndbol komandası qəzaya düşüb- 1 ölü, 12 yaralı

Türkiyədə həndbol komandası qəzaya düşüb- 1 ölü, 12 yaralı

27 Fevral 2016, 22:50

 

Türkiyənin Kayseri şəhəri yaxınlığında həndbol komandasını daşıyan avtobus aşıb. Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kahramanmaraş-Kayseri magistral yolda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır