Modern.az

Türkiyədə törədilən partlayışda 4 nəfər yaralanıb

Türkiyədə törədilən partlayışda 4 nəfər yaralanıb

19 İyun 2016, 22:58

Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində yenidən partlayış törədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar. Onların həyatlarına təhlükə yoxdur. İnsident nəticəsində bir neçə binaya zərər dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. 

İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi