Modern.az

Azərbaycanda “Hundai” traktorla toqquşdu, qadın öldü

Azərbaycanda “Hundai” traktorla toqquşdu, qadın öldü

27 İyun 2016, 10:32

Ötən gecə Ağsuda baş vermiş qəzada bir nəfər həlak olub. Modern.az saytı xəbər veri ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu Padar kəndində “Hundai” markalı minik avtomobili ilə “T” markalı traktorun toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Nəticədə, minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib. Yanğınsöndürən- xilasedicilər 1992-ci il təvvəllüdlü Lıkçina Aleksandra Viktorovnanın cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:52-də başa çatıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir