Modern.az

Bakıda sərnişin avtobusu qəzaya düşüb

Bakıda sərnişin avtobusu qəzaya düşüb

Aktual

30 İyun 2016, 22:53

Bakıda sərnişin avtobusu qəzaya düşüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Ələddin Heydərovun idarə etdiyi 90 OA 252 dövlət nömrə nişanlı "Mercedes" 21 nömrəli marşrut avtobusuna arxadan çırpılıb. Hadisə avtobusun dayanacaqda dayandığı zaman baş verib.

 

Sürücü Ə.Heydərovun bildirdiyinə görə, şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpıb.

 

Qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq "Mercedes" markalı maşına ciddi ziyan dəyib. Qəza ilə bağlı Nobel prospektində bir müddətliyinə tıxac yaranıb. Hadisə yerinə əlavə yol polisi əməkdaşları cəlb olunduqdan sonra yoldakı sıxlıq aradan qalxıb və nəqliyyatın hərəkəti normallaşıb.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir