Modern.az

Kürdəmirdə  yük avtomobili yanıb

Kürdəmirdə  yük avtomobili yanıb

4 İyul 2016, 00:16

Kürdəmir rayonunda yük avtomobili yanıb. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun, Qarabucaq kəndində qeydə alınıb.

Kənddə (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili, qoşqunun 4 ədəd təkəri və qoşquya yığılmış 12 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi