Modern.az

2016-cı ildə 74 jurnalist öldürülüb

2016-cı ildə 74 jurnalist öldürülüb

Aktual

4 İyul 2016, 18:58

2016-cı ildə dünyanın 22 ölkəsində 74 jurnalist öldürülüb.

 

APA-nın xəbərinə görə, bu barədə qeyri-hökumət təşkilatı olan “Press Emblem Campaign” məlumat yayıb.

 

Təşkilat jurnalistin işləməsi üçün ən təhlükəli ölkələr olaraq açıqladığı Əfqanıstanda 10, Suriyada 9, Meksikada 8, İraq və Yəmənin hər birində 7, Qvatemalada 5, Hindistanda 4, Pakistan və Türkiyənin hər birində 4 jurnalistin öldürüldüyünü açıqlayıb. Təhlükəli ölkələrin ilk onluğuna Rusiya, Filippin və Salvadorun da adı daxil edilib. İlin əvvəlindən bu ölkələrin hər birində 2 jurnalist qətlə yetirilib.

 

“Press Emblem Campaign” 2004-cü ildə yaradılıb və BMT yanında məşvərətçi statusa malikdir.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik