Modern.az

Urmiya gölü qan rənginə boyanıb

Urmiya gölü qan rənginə boyanıb

29 İyul 2016, 23:26

İranın Urmiya gölü rəngini dəyişərək al qırmızı rəngə boyanıb. Modern.az saytı xəbər verir ki, NASA nümayəndələrinin dərc etdiyi fotoda dünyanın ikinci ən böyük axarsız gölünün rənginin dəyişdiyi görünür.

Mütəxəssislər gölün rənginin dəyişməsinin burada yaşayan mikroorqanizmlərlə əlaqələndirirlər. Hər yay Urmiyada suyun səviyyəsi aşağı düşür və nəticədə duzun konsentrasiyası çoxalır.

Hidrobioloqlar hesab edirlər ki, Urmiya gölünün qırmızı rəngə boyanmasının səbəbi göldə yetişən dunaliella adlı birhüceyrəli yosundur. Əsl rəngi yaşıl olan bu yosunlar yüksək duzluluq şəraitində qırmızı rəngə boyanırlar.

Digər bir versiyaya əsasən, göldə suyun rənginə qırmızı ferment buraxan bakteriyalar təsir göstərir.

Alimlərin fikrincə, yaxın gələcəkdə Urmiya tarixə qırmızı göl kimi düşəcək.

Qeyd edək ki, Yaxın və Orta Şərqin ən böyük gölü quraqlıq və resusrlarından düzgün istifadə edilməməsi səbəbindən hazırda böyük bir duz çölünə çevrilməkdədir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi