Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb. XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşü gözlənilir.
Modern.az