Modern.az

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

Aktual

27 Oktyabr 2016, 10:38

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qananın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.

İlham Əliyev Uruqvayın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini də qəbul edib.

Dövlət başçısı bu gün, həmçinin Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini də qəbul edib.

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini də qəbul edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi