Modern.az

Atəşkəs15 dəfə pozuldu

Atəşkəs15 dəfə pozuldu

23 Noyabr 2016, 09:54

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!