Qəbələdə zəlzələ olub. Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə yerli vaxtla saat 19:28:18-də Xınalıqdan 17 km cənub-qərbdə Qəbələ rayonu ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 3.4, dərinliyi 8 km olan zəlzələ hiss olunmayıb.
Modern.az