Modern.az

Sabunçuda ƏMƏLİYYAT: heroin, tiryək, tapança aşkarlandı

Sabunçuda ƏMƏLİYYAT: heroin, tiryək, tapança aşkarlandı

28 Yanvar 2017, 15:00

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib.

Bu haqda Modern.az saytına Daxili İşlər Nazirliyindən məlumat verilib.  

Əməliyyat-axtarış tədbirləri nəticəsində Qubadlı rayon sakini Elsevər Sultanovun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı 102 qram heroin, 2,452 qram tiryək, 13,080 qram "Metamfetan" və 1 ədəd istifadəyə yararsız qaz tapançası aşkar edilərək götürülüb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi