Modern.az

Hacı Əbdül Araz Əlizadəni dəstəklədi

Hacı Əbdül Araz Əlizadəni dəstəklədi

Aktual

6 Fevral 2017, 10:25

Ötən həftə deputat Araz Əlizadənin Modern.az saytına müsahibəsində Qafqaz İslam Ordusu ilə bağlı səsləndirdiyi fikirlər hələ də müzakirə olunmaqdadır.

 

 

Deputatın Hacı Zeynalabdin Tağıyevin Nuru Paşaya faytonla qızıl çatdırandan sonra onun Gəncədən Bakıya doğru hərəkət etdiyini açıqlaması birmənalı qarşılanmayıb. Bu məsələdə Araz Əlizadənin əleyhinə xeyli fikirlər səsləndirilsə də, onu dəstəkləyənlər də var. Araz Əlizadəyə dəstək verənlərdən biri də Hacı Əbdüldür.

O, Modern.az-a açıqlamasında insanların iki qismə bölündüyünü bildirib:

 

“Onlardan bir qrupu cahildirlər. Amma özlərini padşah kimi aparırlar. Guya hər şeydən xəbərdardırlar. Başqa bir qrup isə hər şeydən agahdır, bilirlər, amma vəziyyətlə bağlı olaraq, nəyinsə xatirinə özlərini cahilliyə qoyurlar. İndi Araz Əlizadənin dediklərində həqiqət var. Babalarımız həmişə deyirdi ki, Türklər gələndə bir qurban kəsdik, gedəndə ikisini. Yəni bu olan hadisədir, tarixdə də var. Mən razı olub olmamağımdan asılı olmayaraq bu tarixdir. Bu fikrə görə Arazı topun qabağına qoymaq olmaz axı. Tarix var, həqiqət var. İndi minlərlə insan desin ki, bu belə deyil, heç nə dəyişmir. Sadəcə bayaq dediyim kimi cahillər bilmədiklərindən hərəkət edirlər. Bilənlər də nəyinsə xatirinə susurlar. Özlərin elə göstərirlər ki, guya həqiqəti bilmirlər. Amma gözəl bilirlər”.

 

Dediklərinin hansı mənbədən qaynaqlandığına gəlincə, Hacı Əbdül qeyd edib ki, tarixdə bunların hamısı əksini tapıb.

 

“Hətta bizim böyüklərimiz danışırdı ki, həmin dövrlərdə evlərdə, qız-gəlinlərdə qızıl qalmadı, hamısını yığdılar. Yığdılar ki, Bakını azad etmək lazımdır”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!