Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyunu keçirilib. Modern.az xəbər verir ki, turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Oyun "Beşiktaş"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 47-ci dəqiqədə Braziliyalı yarımmüdafiəçi Adrian Taliska vurub.
Qeyd edək ki, "Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.
Modern.az