Modern.az

İki uşaq atası özünü asdı

İki uşaq atası özünü asdı

Aktual

4 Aprel 2017, 22:59

Balakən rayonunda yerli sakin özünü asıb. Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaysa kəndində baş verib. Kənd sakini, 50 yaşlı iki uşaq atası olan Rəfael Nuriyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin pilləkən qəfəsinin tavanından asılı vəziyyətdə aşkar edilib.

R.Nuriyevin son illər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirir.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi