Modern.az

Abşeronda çəkməçi köşkü yandı, sahibi öldü

Abşeronda çəkməçi köşkü yandı, sahibi öldü

8 Aprel 2017, 12:08

Aprelin 7-də Abşeron rayonunun Hökməli qəsəbəsindəki ümumi sahəsi 25 kvm. olan ayaqqabı təmiri köşkündə yanğın baş verib. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra oranın icarədarı - Beyləqan rayon sakini Yusif Hüseynovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi