Modern.az

Şirvanda azyaşlı zəhərlənmədən ölüb

Şirvanda azyaşlı zəhərlənmədən ölüb

Aktual

7 İyul 2017, 21:07

Şirvanda 1,5 yaşlı uşaq zəhərlənmədən ölüb. Modern.az APA-ya istinadən xəbər verir ki, Ağayev Tunar Məhəmməd oğlu zəhərlənmədən evdə müalicə olunan zaman halı pisləşib.

Şirvan şəhər xəstəxanasına çatdırılarkən körpə uşaq yolda dünyasını dəyişib. Uşağın hansı səbəbdən dünyasını dəyişməsini aydınlaşdırmaq üçün meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzində müayinə olunub. Yalnız ekspertizanın nəticəsindən sonra körpənin zəhərlənmədən və yaxud səhv müalicədən dünyasını dəyişdiyi aydınlaşacaq.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi