Modern.az

Yevlaxda yanacaqdaşıyan maşın aşdı: 2 yaralı

Yevlaxda yanacaqdaşıyan maşın aşdı: 2 yaralı

Aktual

9 İyul 2017, 20:47

Yevlaxda yanacaqdaşıyan maşının aşması nəticəsində 2 nəfər xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.

Xaldan–Yevlax avtomobil yolu ilə hərəkətdə olan "Kamaz" markalı yanacaqdaşıyan yük maşını idarəetməni itirərək aşıb və yolun kənarına yuvarlanıb. Nəticədə biri sürücü olmaqla iki nəfər xəsarət alıb. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Yaralıların Şərur rayonundan olduqları bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi