Modern.az

Barselonada xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır

Barselonada xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır

18 Avqust 2017, 00:58

Azərbaycanın İspaniyadakı səfirliyi Barselonada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Modern.az xəbər verir ki, bunu "Trend"ə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi