Modern.az

Rostovda fövqəladə vəziyyət elan edilib

Rostovda fövqəladə vəziyyət elan edilib

Aktual

21 Avqust 2017, 18:46

Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, alov artıq 25 evi əhatə edib. 3 nəfər xəsarət alıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Yevgeni Kondratyev alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib: "6 kvartalda qaz və elektrik verilişi dayandırılıb, ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib".

Yanğın 10 min kvadratmetrə qədər əraziyə yayılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi