Modern.az

İran ABŞ-ı İŞİD-lə əlaqədə ittiham etdi

İran ABŞ-ı İŞİD-lə əlaqədə ittiham etdi

16 Sentyabr 2017, 22:36

İran Birləşmiş Ştatların İŞD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib. Modern.az "Report"a istinadən xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

"Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq", — deyə o, yerli KİV-ə söyləyib.

Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şrəqdə ABŞ üçün "böyük qalmaqal" ilə nəticələnəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi