Modern.az

Ölmüş zərərçəkənin qohumları olmasa, onun hüquqlarını vəkil müdafiə edəcək - YENİLİK

Ölmüş zərərçəkənin qohumları olmasa, onun hüquqlarını vəkil müdafiə edəcək - YENİLİK

Aktual

15 Noyabr 2017, 13:30

Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda onun hüquqları vəkil tərəfindən müdafiə olunacaq.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilir.

 

Məcəllənin 87-ci (Zərər çəkmiş şəxs) maddəsinə yeni bənd əlavə edilir.

 

Bənddə deyilir:

 

“Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda və ya bu məcəllənin 106.2-ci (Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərər çəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz) maddəsinə əsasən hüququ varis hesab edilə bilmədikdə zərərçəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir”. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!