Modern.az

Güləş məşqçisinə prezident təqaüdü verildi

Güləş məşqçisinə prezident təqaüdü verildi

Aktual

18 Dekabr 2017, 17:41

Prezident İlham Əliyev Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi