Modern.az

Türkiyə təyyarələri Afrində aeroportu BOMBALAYIR

Türkiyə təyyarələri Afrində aeroportu BOMBALAYIR

Aktual

31 Yanvar 2018, 14:11

Türkiyənin Hərbi Hava Qüvvələri Afrin şəhəri yaxınlığında “Minnak” hava limanını bombalayır.

Bu haqda Modern.az xarici KİV-lərə istinadən xəbər verir. 

 

Bildirilib ki, hava hücumlarına məruz qalan aeroportdan terrorçuların baza olaraq istifadə etdikləri barədə məlumat əldə edilib.

 

Eləcə də son dəqiqələr Afrin yaxınlığında Maranez və Bafel yüksəklikləri uğrunda döyüşlər getdiyi bildirilib.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var