Modern.az

Fransa Ukraynaya köhnə raketlər göndərib

Fransa Ukraynaya köhnə raketlər göndərib

10 May 2024, 22:31

Fransa Ukraynaya yararlılıq müddəti başa çatmaq üzrə olan, lakin hələ də istifadəyə yararlı uzun mənzilli SCALP raketləri tədarük edib.

 

Modern.az xəbər verir ki, bu barədə RFI nəşri mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, raketlər Kiyevə verilməzdən əvvəl təmir olunub.

 

Qeyd edək ki, yanvarda Fransa prezidenti Emmanuel Makron Kiyevə 40 SCALP raketi göndəriləcəyini bildirib.

 

SCALP Britaniyanın “Storm Shadow” qanadlı raketlərinin Fransadakı ekvivalentidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ