Modern.az

Bakı Sağlamlıq Mərkəzinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTO

Bakı Sağlamlıq Mərkəzinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTO

Aktual

10 May 2024, 19:00

Bu gün müasir dünya tarixinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi, Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar Bakı Sağlamlıq Mərkəzi rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

 

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ