Modern.az

Rusiyada terror aktının qarşısı alındı

Rusiyada terror aktının qarşısı alındı

Aktual

11 Mart 2018, 15:59

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) terror qruplaşmasının Saratov vilayətində planlaşdırdığı terror aktının qarşısını alıb.

"Report" bildirir ki, bununla bağlı əməliyyat bu gün keçirilib. Terrorçular onların avtomobilinin təqib edən Xidmətin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Atışma zamanı cinayətkarlar yaralanıb. Onların xəsarətinin ağır olduğu bildirilir.

Hadisə yerinə baxış keçirilərkən terrorçuların istifadə etdiyi tapançalar, əldəqayırma qumbaralar aşkarlanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi