Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 qarşılaşma olacaq.
Modern.az-ın məlumatına görə, əvvəlcə G qrupunun təmsilçiləri meydana çıxacaqlar. Belçika Tunisi qəbul edəcək.
Bu qrupun digər oyunu sabah keçiriləcək. İngiltərə Panamanı sınağa çəkəcək.
Daha sonra isə F qrupunda ikinci turun matçları oynanılacaq. İlk turda Almaniya millisi üzərində sensasion qələbə qazanan Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.
Günün əsas matçında Almaniya və İsveç üz-üzə gələcək. Yoahim Lövün komandası qrupda qalmamaq üçün mütləq turu 3 xalla tamamlamalıdır.
DÇ-2018, qrup mərhələsi
II tur
23 iyun
G qrupu
16:00. Belçika - Tunis
Baş hakim: Jair Marrufo (ABŞ)
Moskva. “Spartak” stadionu
24 iyun
16.00. İngiltərə - Panama
1. | Belçika | 1 | 1 | 0 | 0 | 3:0 | 3 |
2. | İngiltərə | 1 | 1 | 0 | 0 | 2:1 | 3 |
3. | Tunis | 1 | 0 | 0 | 1 | 1:2 | 0 |
4. | Panama | 1 | 0 | 0 | 1 | 0:3 | 0 |
F qrupu
19:00. Cənubi Koreya - Meksika
Baş hakim: Milorad Maziç (Serbiya)
Rostov. “Rostov Arena”
22:00. Almaniya - İsveç
Baş hakim: Şimon Marçinyak (Polşa)
Soçi. “Fişt” stadionu
1. | İsveç | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
2. | Meksika | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
3. | Almaniya | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
4. | Cənubi Koreya | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |