Modern.az

Rusiyada “quş qripi” aşkarlandı

Rusiyada “quş qripi” aşkarlandı

16 İyul 2018, 19:00

Rusiyanın iri hind quşu fabrikində ilkin götürülən nümunələrdə "quş qripi" virusu aşkarlanıb. Bu barədə Rostov vilayətinin kənd təsərrüfatı və ərzaq naziri Konstantin Raçalovski deyib.

 

Nazirin sözlərinə görə, Oktyabr rayonunun 24 quş yetişdirmə müəssisəsində aparılan yoxlamalar zamanı 2 müəssisədə fakt aşkarlanıb.

 

O bildirib: "Ümumiyyətlə, quşlar sağlamdır. Lakin bir neçəsində nəticələr müsbət olub. Çox güman ki, onlarda yoluxma son qasırğa zamanı baş verib. Həmin vaxt güclü külək vəhşi quşlar tərəfindən yaxın ərazilərdə tərk edilmiş hissəcikləri havaya qaldırıb".

Nazir qeyd edib ki, bu quş məhsulları bütün ticarət şəbəkələrindən geri çağırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı