Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami Gəncəvi prospektində baş verib.
Belə ki, təcili tibbi yardım avtomobili ilə "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.