ABŞ-ın Türkiyədəki səfirliyinin binasına atəş açan Ahmet Ç. və Osman G. adlı şəxslərin görüntüləri yayımlanıb.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün səhər saat 05 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb. Ahmet Ç. və Osman G. adlı şəxslər Ankarada keçirilən xüsusi əməliyyat zamanı tutulublar.
Rəsmi Ankara hadisəni provakasiya kimi qiymətləndirib.