Modern.az

Trampla bağlı daha bir sirr üzə çıxdı

Trampla bağlı daha bir sirr üzə çıxdı

Aktual

10 Sentyabr 2018, 17:41

ABŞ prezidenti Donald Trampa qarşı Ağ Evin əməkdaşları gizli həştəqdən istifadə ediblər.

 

Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, gizli şəkildə #TFA həştəqi əsasən prezidentə qarşı istifadə ediləcəyi planlaşdırılan 25 düzəlişi nəzərdə tutur.

 

Bu barədə danışan Ağ Evin keçmiş əməkdaşı Omarossa Maniqol Nyuman bu həştəqin əsasən Trampın ağılsız, dəlisov qərarları zamanı istifadə olunduğunu bildirib.

Onun sözlərinə görə prezidentin hər ağılsız, axmaq qərarından sonra əməkdaşlar #TFA həştəqini istifadə edərək hər öz işlərinə davam ediblər. Bu həştəqlə işçilər bir-birinə tez-tez öz aralarında prezidentin yenə dşünmədən davrandığını bildiriblər. O, bu həştəqin hətta elektron məktublarda da istifadə edildiyini qeyd edib.

 

“Hər dəfə Tramp özünü balanslaşdırılmamış, belə dəlicəsinə və belə ağılsızcasına apardığı zaman və bir saatdan bir fikrini dəyişdiyində bir #TFA həştəqindən istifadə edir və işimizi davam edirdik” – Omarossa bildirib.

 

Qeyd edək ki, bundan əlavə Ağ Evin keçmiş əməkdaşı tanınmış jurnalist Bob Vudvordun “Qorxu” kitabındakı 25-ci düzəlişdən istifadə edilməsi barədə müzakirələrin olduğunu təsdiq edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi