Modern.az

ABŞ-da 1,5 milyon insan evakuasiya olundu

ABŞ-da 1,5 milyon insan evakuasiya olundu

Aktual

11 Sentyabr 2018, 16:29

 Florensiya qasırğası ABŞ-ın Şimali Karolina ştatının sahillərinə doğru sürətlə hərəkət edir.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu dəhşətli fəlakətlə əlaqədar 1,5 milyon vətəndaşın yerli vaxtla səhər saat 8-dən etibarən təxliyə olunması haqda qərar qəbul edilib.

Qasırğa ilə əlaqədar Şimali Karolina, Cənubi Karolina, Virciniya və Merilend ştatlarında fövqəladə vəziyyət elan edilib.

 

Dördüncü kateqoriyaya aid edilən qasırğanın cümə axşamı 220 km/saat sürətindən də artıq sürət yığaraq ABŞ sahillərinə çıxacağı ehtimal edilirdi.

Qeyd edək ki, keçən il bu cür dəhşətli təbii fəlakətlərin vurduğu zərəri hesaba qatan Karolina sakinləri elə həmin vaxtdan ehtiyat yığmağa başlayıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi