Modern.az

Neymar özü ilə bağlı yeni komikslər buraxır

Neymar özü ilə bağlı yeni komikslər buraxır

Aktual

14 Sentyabr 2018, 11:58

Fransanın “Pari Sen-Jermen” klubunda oynayan braziliyalı hücumçu Neymar özü hazırladığı yeni komikslərin dərcini elan edib.

 

Modern.az xəbər verir ki, futbolçu öz Twitter hesabında jurnalla şəklinin altında bu barədə qeyd edib.

“Arzularım həyata keçdi” – Neymar yazıb.

Yeni komikslər “ Inked: Art Animates Life” adını alıb.

 

Süjetə görə Neymarı dirildib hansısa bir kriminal kartel tərəfindən qaçırılmış bacısını qurtarmağa yardım edirlər.

Hücumçunun sözlərinə görə o, hər zaman uşaqlığından futbolçu və super qəhrəman olmaq istəyib.

 

Qeyd edək ki, braziliyalı məşhur hücumçu Neymar 2018-ci ilin dünya çempionatında tez-tez yıxılmağı ilə diqqət mərkəzinə gəlib. Hətta dünyada bir neçə pivəxanalar futbolçunun hər yıxılmağına görə pulsuz pivə verəcəklərini belə bəyan ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi