Modern.az

Cənubi Koreya prezidenti Kim Çen Inla nələri müzakirə edəcək?

Cənubi Koreya prezidenti Kim Çen Inla nələri müzakirə edəcək?

Aktual

18 Sentyabr 2018, 11:09

Koreya Respublikası prezidenti Mun Cje İnin təyyarəsi Şimali Koreyanın paytaxtı Pxenyana eniş edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mun Cje İni hava limanında KXDR lideri Kim Çen In səmimi şəkildə qucaqlaşaraq qarşılayıb.

İki ölkə rəhbəri görüşdən sonra onları gözləyən insanları salamlayaraq Kim Çen Inın qonaq iqamətgahına keçiblər.

Mun Cje İni 110 diplomat müşayiət edir. Bundan əvvəl isə görüşə hazırlıq üçün bazar günü 90 səlahiyyətli Pxenyana gəlib.

Sammitin üç gün çəkəcəyi və görüş zamanı adanın nüvə silahlarından təmizlənməsinin prioritet olacağı bildirilir.

Qeyd edək ki, bundan əvvəl KXDR Koreya Respublikasını birgə bəyannamənin tez bir zamanda icra olunmasına və danışıqlar zamanı xarici təsirlərdən qorunmağa çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi