Modern.az

Nazirlik “Yandex”ə etiraz məktubu ünvanladı

Nazirlik “Yandex”ə etiraz məktubu ünvanladı

Aktual

30 Noyabr 2018, 16:17

“Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, nazirliyin Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdıraraq, müvafiq ölçü götürülməsi üçün “Yandex” şirkətinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

 

Məktubda ölkəmiz və xalqımızla bağlı ətraflı məlumatlar da təqdim edilib.

 

Qeyd olunan faktla bağlı “Yandex” şirkətinin rəhbərliyi nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi