Modern.az

Metrostansiyaların çıxışlarında yenə çadırlar quruldu  

Metrostansiyaların çıxışlarında yenə çadırlar quruldu   

Aktual

6 Dekabr 2018, 10:58

Yeni ilin yaxınlaşması ilə əlaqədar metronun “Neftçilər”, “Gənclik”, “İnşaatçılar, “Nəriman Nərimanov”, “28 May” stansiyalarının yaxınlığında bayram çadırları qurulub.

Modern.az xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də bayram çadırları Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə qurulub.

Qurulan bayram çadırlarının sayının artırılacağı bildirilir.

Çadırlarda bayram ləvazimatları, oyuncaqlar, suvenirlər, şam ağacları və s. satılır. Yarmarka 2018-ci il yanvarın 1-dək davam edəcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi